“İnsan Alverinə Qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir

29 mart 2023- cü il tarixində N. İsmayılov adına 80 nömrəli tam orta məktəbin 8b, 8ə sinif şagirdləri ilə “İnsan Alverinə Qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin direktor müavini Reyhan Quliyeva, psixoloqu İlhamə Quliyeva və tarix müəllimi Leyla Şahverdiyeva iştirak etdilər. Tədbirdə iştirak edənlər ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyi haqqında məlumat verdilər. Daha sonra “İnsan alveri nədir?”, “Onun qurbanı əsasən kimlər olur?”, “Özümüzü bu təhlükədən necə qorumalı?” suallarına açıqlıq gətirildi, əyani vəsait kimi müvafiq mövzuda maarifləndirici videoçarxlar və film göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi