"Qarabağ folkloru bir tarixdir" adlı mühazirə təşkil olundu

27 mart 2023-cü il tarixində Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində BDU-nun müəllimi, folklorşünas alim Məmmədli Məhəmmədin rəhbərliyi altında "Qarabağ folkloru bir tarixdir" adlı mühazirə təşkil olundu. Şagirdlərə Qarabağ folkloru, ədəbiyyatı, musiqisi, tarixi barəsində mühazirə oxundu. Qarabağ rəvayətlərində tarixi şəxsiyyətlər mövzusu ətrafında geniş müzakirə və fikir mübadiləsi təşkil olundu. Minilliklər boyu Azərbaycan xalqı möhtəşəm bədii ədəbi nümunələr yaradıblar. Əcdadlarımızın mirasını qorumaq və gələcək nəsillərə ötürmək, yaşatmaq barəsində şagirdlərlə diskusiya oldu və önəmli fikirlər səsləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi