"Qarabağın qədim idman oyunları" mövzusunda təqdimat dərs həyata keçirildi

Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbin 5 b sinifində "Dəyərlərimizi qoruyaq" layihəsi çərçivəsində "Qarabağın qədim idman oyunları" mövzusunda təqdimat dərs həyata keçirildi. Şagirdlər atüstü oynanılan Çövkən oyunu ilə bağlı hazırladıqları tədqiqat xarakterli materialları təqdim etdilər. Çövkən oyununun adı da oyunda işlədilən alətin adı ilə adlandırılmışdır. Bu da ağacdan hazırlanmış çövkən adlanılan alətdir. Qarabağ atı ilə oynanılan çövkən oyunu 2013-cü ildə UNESCO-nun qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.