"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində Atçılıq mərkəzinə ekskursiya

27 mart 2023-cü il tarixində "Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində Azərbaycanın qədim idman növlərindən biri olan Çövkən oyunu və oyun zamanı istifadə olunan Qarabağ atları barəsində geniş məlumat almaq üçün Sabunçu rayonu Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbin tarix müəllimi Sərdarlı Aytən və sinifdənxaric və məktəbdənkənar təşkilatçı Məhərrəmova Məlahətin rəhbərliyi altında Atçılıq mərkəzinə ekskursiya təşkil olundu. Ekskursiya zamanı şagirdlərimizlə birlikdə gözəlliyi ilə dünyaya səs salan Qarabağ atları haqqında geniş məlumat əldə etdik. Təlimçimiz şagirdlərin əsrarəngiz Qarabağ atları haqqında verdiyi bütün suallara cavab verdi. Əsas məqsədimiz Çövkən oyunun tarixi ilə əyani tanışlıq olsa da şagirdlər təkcə Qarabağ folklorunun tərkib hissəsi olan Çövkən oyunu ilə bağlı deyil, atçılıqla bağlı bütün suallara cavab tapdılar.