9-cu sinfin valideynləri ilə seminar keçirildi

Sabunçu rayonu N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin fəaliyyət planına uyğun olaraq 16 mart 2023-cü il tarixində 9-cu sinfin valideynləri ilə seminar keçirildi. Seminarın məqsədi şagird nailiyyətinin yüksəldilməsi istiqamətində valideynləri maarifləndirmək və şagirdlərdə imtahan öncəsi stressi minimuma endirmək üçün onlara dəstək olmaq idi. Seminarı giriş sözüylə təlim tərbiyə işləri üzrə direktor müavini Reyhan Quliyeva açdı, valideynlərə imtahan qaydaları ilə bağlı məlumat verdi. Sonra məktəbin psixoloqu Aminə Məmmədova imtahanqabağı stresslə bağlı valideynlərə tövsiyyələr verdi və valideynlərlə maraqlı meditasiya etdi. Valideynlərin təklifləri və rəyləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi