Şəhid İsrayıl Cəfərzadənin ev muzeyini ziyarət etdilər

16 mart 2023-cü il tarixində Sabunçu rayonu N.İsmayılov adına 80 nömrəli tam orta məktəbin 5 ç sinfi, valideyn və müəllim kollektivi şəhid İsrayıl Cəfərzadənin ev muzeyini ziyarət etdilər, onun şəxsi əşyaları, şəkil kolleksiyası, diplom və medalları ilə tanış oldular. Şəhidimizin valideynləri İsrayıl haqqında geniş məlumat verdilər və onun keçdiyi şərəfli döyüş yolunu bizimlə bölüşdülər.