Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 35 illiyi

7 fevral 2023-cü il tarixində Sabunçu rayonu Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbin tarix müəllimləri Leyla Şahverdiyeva və Aytən Sərdarlı tərəfindən 5b, 5e, 6b, 7d sinif şagirdləri üçün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının 35 illiyi münasibətilə sənədli film nümayiş olundu. Sonra müəllimlər Milli Qəhrəmanımız haqqında şagirdlərə geniş məlumat verdilər.