"Ümummilli Lider Heydər Əliyev və Müstəqil Azərbaycan"

16 Noyabr 2016-cı il tarixdə 80 saylı tam orta məktəbdə Gənclər və İdman İdarəsinin təşkilqatçılığı ilə Milli Dirçəliş gününə həsr olunmuş "Ümummilli Lider Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda Sabunçu rayon məktəbliləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir.Tədbirdə 311 saylı tam orta məktəbin tarix müəllimi Rafiq Məmmədov, 80 saylı tam orta məktəbin direktoru Əlislam Abbasquliyev iştirak etmişlər. Müsbiqəyə start verilərək 45 dəqiqədən sonra müsiflər heyyəti tərəfindən müsabiqə iştirakçılarının inşa yazı işləri yoxlanmışdır.Tədbirin sonunda qaliblər elan olunaraq Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırıldı. I yerə 72 saylı tam orta məktəbin şagirdi İsayev İlkin, II yer 80 saylı tam orta məktəbin şagirdi Məmmədova Tamara, III yerə isə 96 saylı tam orta məktəbin şagirdi İmanova Firuzə layiq görüldü.