"Son zəng"çalınır

     14.06.2022-ci il tarixdə Azərbaycanda, o cümlədən paytaxt Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbiri keçirildi.

Məktəbimizdə tədbir həyətyanı ərazidə sosial məsafə gözlənilməklə açıq hava şəraitində baş tutdu. "Son zəng" tədbiri müəyyən edilmiş qaydalara əməl olunmaqla keçirildi.Belə ki, açıq hava şəraitində və sosial məsafə gözlənilməklə keçirilən tədbirdə ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdləri, məktəb rəhbərliyi və müəllimlər.ötən illərin məzunları iştirak etdilər.

    Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Son zəng”in məzmunlu keçirilməsi, tədbir müddətində  şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görmək tapşırılmışdı.Bütün bunlar nəzərə alınaraq tədbirimiz yüksək səviyyədə təşkil olunmuşdu.Tədbir Azərbaycan  Respublikasının Dövlət bayrağının gətirilməsi və Dövlət himninin səsləndirilməsi ilə başladı.Daha sonra bizə qələbə sevinci yaşadan 44 günlük Vətən müharibəsinin qəhrəmanları-şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Tədbiri məktəb məzunlarının iştirakı ilə mahnı və rəqslərdən ibarət kompozisiyalar və maraqlı proqramlar davam etdirdi.Tədris ili ərzində fərqlənən şagirdlər də mükafatlandırıldı.Tədbirin sonunda 11-cilər üçün Son zəng çalındı. Məktəbimizin bütün məzunlarına yeni həyat yolunda uğurlar arzulayırıq!!!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi