"Şuşanın dağları " adlı yaradıcılıq festival-müsabiqəsində III yer

Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Şuşanın dağları " adlı yaradıcılıq festival-müsabiqəsinin yekun mərhələsi keçirilib
Festival-müsabiqənin məqsədi - Uşaqlarda milli vətənpərvərlik ruhunu tərbiyə etməklə, yüksək mənəvi-əxlaqi keyfiyyətləri aşılamaq,tarixi keçmişimizi dərindən öyrənmək və onu düzgün qiymətləndirmək bacarığını formalaşdırmaq,sərbəst şəkildə şeir söyləmək qabiliyyətini üzə çıxarmaq,nitq mədəniyyətinə,bədii ifaçılığa,incəsənətə,musiqiyə olan marağı artırmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməklə yanaşı milli-mənəvi dəyərlərimizi qoruyub təbliğ etməkdir.
"1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş "Çıxdı günəş,doldu cahan nur ilə"adlı respublika uşaq yaradıcılıq festival-müsabiqəsində iştirak edənlər vətənimizin suverenliyi uğrunda canından keçən Azərbaycan əsgərinin döyüş rəşadəti,Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanın zəngin mədəni irsi,işğaldan azad olunan torpaqlarımızda yenidənqurma və bərpa işlərinin tərənnümü,Qarabağın gözü olan Şuşanın tarixi abidələri və zəngin təbiəti mövzularında çıxış ediblər.
Məktəbimizin şagirdləri də bu festival- müsabiqədə ştirak etmişdir. Onlar "Azərbaycan əsgəri" adlı rəqslə çıxış edərək III yerə layiq görülmüşlər.Qaliblər və fəal iştirakçılar diplomlarla təltif olunublar.