"Çıxdı günəş,doldu cahan nur ilə"adlı respublika uşaq yaradıcılıq festival-müsabiqəsində I YER

      Azərbaycan Respublikası Prezidentinin 2017 - ci il 14 dekabr tarixli 3498 nömrəli sərəncamı ilə təsdiq edilmiş 2018-2024- cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inkluziv təhsilin inkişafı üzrə Dövlət Proqramı çərçivəsində Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr keçirilir.Bunu əsas tutaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi respublika üzrə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında respublika uşaq yaradıcılıq festival-müsabiqəsi təşkil etmişdir.Bu yaradıcılıq festival-müsabiqəsində  sağlamlıq imkanları məhdud uşaqlar da digər həmyaşıdları ilə birgə iştirak etmişdir. Keçirilən bu festival-müsabiqənin məqsədi gənc nəslin istedad və bacarıqlarını üzə çıxarmaq,xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasına və inklüziv təhsil sisteminin inkişafına şərait yaratmaq,uşaqlarda nitq mədəniyyətinə,bədii ifaçılığa ,şeirə ,incəsənətə ,musiqiyə olan marağını artırmaq və yaradıcılıq bacarığını inkişaf etdirmək, uşaqlara dğvlət qayğısını gücləndirmək və onların hüquqlarını müdafiə etmək,cəmiyyətin diqqətini uşaq müdafiəsinə  yönəltmək idi.

  "1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş "Çıxdı günəş,doldu cahan nur ilə"adlı respublika uşaq yaradıcılıq festival-müsabiqəsində məktəbimizin şagirdləri də iştirak etmişdir.Onlar hind rəqsi  ilə çıxış edərək  I yerə layiq görülmüşlər.Qaliblər və fəal iştirakçılar diplomlarla tətif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi