" İrəvan Müəllimlər Seminariyası"nın 140 illiyi

      Azərbaycanlıların tarixi torpaqları olan,əhalisinin mütləq əksəriyyəti azərbaycanlılardan ibarət qədim İrəvan şəhərində fəaliiyət göstərmiş İrəvan Müəllimlər seminariyasının fəaliyyətə başlamasının 140 ili tamam olmuşdur.8 noyabr 1881-ci ildə fəaliyyətə başlamış Seminariya Qafqaz məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynamışdır.

      İrəvan Müəllimlər seminariyasının məzunları arasında dövrün görkəmli ziyalıları,dövlət,alm və sənət adamları olmuşdur.İrəvan mahalında maarifçilik ideyalarının yayılmasında ,dünyəvi məktəblərin yaradılmasında seminariya əvəzsiz xidmətlər göstərmişdir.İrəvan Müəllimlər seminariyası Cənubi Qafqazda pedaqoji hərəkatın inkişafında və müəllim kadrlarının hazırlanmasında xüsusi xidmət göstərmiş,pedaqoji fikrin əsas mərkəzlərindən biri kimi tanınmış və ictimai mühitin formalaşmasına güclü təkan vermişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi