"Oxu günü " ilə bağlı kitabxanada dəyirmi masa

   Şagirdin öyrənmədə uğur qazanmasının əsas şərtlərindən biri də oxu bacarığına yiyələnməkdir.Uşaqları kitab oxumağa necə  həvəsləndirməklə ilə bağlı çoxsaylı araşdırmaların olması bu barədə çətinliklərin olduğunu təsdiq edir.  Bu məsələ ,əsasən, pedaqoji, mədəni və sosial hadisədir. Oxu problemi həddən artıq böyük məzmunda məktəb oxu materialları, uşaqların kütləvi informasiya vasitələrindən istifadəsi, smartfonlar və keyfiyyətsiz məzmunlu televiziya əyləncə proqramlarına heyranlıqdan irəli gəlir. Bütün bunlar uşaqlara əhəmiyyətli dərəcədə mənfi təsir göstərir. Beləliklə, uşaqlar yaşadıqları dünyanın passiv müşahidəçilərinə çevrilir və uyğun olmayan məzmuna əsaslanaraq biliklər  əldə edirlər. Məktəb dövrü  başlayandan sonra uşaqlar mürəkkəb riyazi əməliyyatları necə mənimsəmək, elmləri necə başa düşüb mənimsəmək, ifadəli dil bacarıqlarını necə inkişaf etdirmək kimi bir çox problemlərlə üzləşirlər. Sağlam oxumaq vərdişini inkişaf etdirən insan yalnız yaxşı oxumağı bacaran insandan daha yaxşıdır. Bu cür insanın daha çox özünə inamı var, söylədiklərinə daha çox güvənir və hər hansı bir gözlənilməz hadisə ilə qarşılaşmağı daha yaxşı bacarır. Buna görə sağlam oxu  vərdişini şagirdlərə ötürməliyik.Müəllimlər bir uşağın mütaliə prosesində  davamlı təşviq mühiti yaradan insanlardır. Onlar həm uşağın mütaliə motivasiyasını yaxşılaşdırır və onu oxumağa təşviq edən sosial konstruktiv bir yanaşma yaradırlar.Bu səbəblə "Oxu günü " ilə bağlı kitabxanamızda dəyirmi masa keçirildi.Şagirdlərlə mütaliə haqqında söhbətlər aparıldı,onlar yeni nəşr olunmuş kitablarla tanış oldular.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi