"Gəlin birgə oxuyaq" şüarı ilə yaradıcı proqram

"Gəlin birgə oxuyaq" şüarı altında baş tutan tədbir Heydər Əliyev Mərkəzi,Təhsil Nazirliyi və "Regional İnkişaf "İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Şagirdlər görkəmli Azərbaycan ədiblərinin obrazlarını və məşhur əsərlərdən personajları canlandırdı, müxtəlif əsərlər əsasında səhnəciklər təqdim ediblər.
Həmçinin əlyazma kitabların hazırlanması,xəttatlıq sənəti və digər mövzularda ustad etüdlər nümayiş etdirilib. "Oxu günü"ndə müxtəlif kitablar,o cümlədən Heydər Əliyev Fondunun nəşrləri də sərgiləndi.
Kitabların müzakirəsi keçirilib ,kitablarla fləşmob və digər maraqlı proqramlar təşkil edilib.Məktəblilərin intellektual səviyyəsini yoxlamaq üçün ümumi dünyagörüşü və bədii ədəbiyyat sahəsini əhatə edən viktorina keçirildi.Suallara düzgün cavab verən şəxslərə kitab və müxtəlif hədiyyə təqdim olundu,şagirdlərə kitabın ən böyük xəzinə,bəşəriyyətin ən böyük kəşfi və bir çox kəşfin də açarı olduğu bildirilib.
Məktəbimiz fəal şagirdlərindən olan Əhmədova Ayan da bu tədbirə dəvət olunmuşdu.O,tədbirdən xoş təəssüratlarla ayrılıb.