“Şuşa İli” ilə bağlı dəyirmi masa

Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2022-ci il “Şuşa İli”elan edilməsindən sonra bütün təhsil müəssisələrində olduğu kimi məktəbimizdə də “Şuşa İli” ilə bağlı tədbirlər,dəyirmi masalar keçirilir.
14.04.2022-ci il tarixdə məktəbimizin kitabxanasında “Şuşa İli” ilə bağlı dəyirmi masa keçirildi.Tədbirdə vurğulanıb ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edib. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olunub.