İbtidai sinif şagirdləri ilə 20 yanvar hadisələrinə həsr olunmuş xüsusi dərs

Bakı şəhəri üzrə Təhsil idarəsinin 30.12.2019-cu il tarixli F-529 nömrəli əmrinə əsasən, 20 Yanvar-Ümumxalq Hüzn gününün 30-cu ildönümü ilə bağlı olaraq təlim-tərbiyə işləri üzrə direktor müavini Gülanə Əliyevanın rəhbərliyi ilə 2-ci sinif müəllimləri A.Aləmzar,H.Nərmin,İ.Rövşanə,M.Zəminə və Q.Sahilə müəllim birlikdə 20 yanvar hadisələrinin 30-cu ildönümünə həsr olunmuş inteqrasiya xarakterli xüsusi dərs keçdilər.Hər bir müəllim şagirdlərə 20 yanvar Hüzn günü barəsində məlumat vermiş,şagirdlər şerlər söyləmişdir.