"Biz sizdən öyrəndik qəhrəmanlığı"

20 fevral 2020 - ci il tarixində məktəbin akt zalında çağırışaqədər hərbi müəllim Mürsəl Qurbanovun təşkilatçılığı ilə H.Aslanovun 110 illiyinə həsr olunmuş hərbi intellektual oyun keçirildi. İntellektual oyun X sinif şagirdləri arasında keçirildi. Dəyirmi masa ətrafında 4 nəfərdən ibarət 4 qrup yaradılmış, verilən suallar cavablandırılmışdır. X "A" sinfinin şagirdləri "Zəfər" komandası intellektual oyunun qalibi olmuş, hədiyyə və kubokla təltifləmişdir, II yerin qalibi olan "Zəka" komandası 10 "C" sinfinin şagirdləri kubokla və diplomla təltiflənmiş, III yerin qalibi "Könüllülər" komandası - 10 "Ç" sinfinin şagirdləri diplomla təltiflənmiş, IV yerin qalibi "Kainat" komandası - 10 "B" sinfinin şagirdləri həvəsləndirici diplomla təltiflənmişlər. Sonda məktəb rəhbərliyi qalib komandanın təbrik etmiş, intellektual oyunun iştirakçılarına təhsil uğurları arzulamışdır.