"İki cahana sığmayan dahi"

25 dekabr 2019-cu il tarixində 80 nömrəli tam orta məktəbdə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "İki cahana sığmayan dahi" adlı tədbir keçirildi. Tədbirdə Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev, Azərbaycan Respublikasının xalq artisti Hacı Əbdül, şairə Gülarə Muniş, Nəsimişünas alim Səadət xanım, "525-ci qəzet" in müxbiri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Prezident təqaüdçüsü Şəhanə Müşfiq, Sabunçu Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnarə xanım, müəllimlər və valideynlər iştirak edirdi. Tədbirdə Nəsiminin müxtəlif qəzəlləri səsləndirildi. Şagirdlər rəqslərlə, çəkdikləri şəkillərlə, ifa etdikləri musiqi nömrələri ilə tədbiri daha canlı, daha maraqlı etdilər. Gələn qonaqlar öz maraqlı çıxışları ilə keçirilən tədbiri daha da maraqlı etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi