"Valideynlərlə bir gün"
17 dekabr 2019-cu il tarixində məktəbimizdə "Valideynlərlə bir gün" layihəsi həyata keçirildi. Layihə səhər saat 09:00 da başladı, 13:00 da yekunlaşdı.
Tədbir müəyyən senari əsasında tərtib olunmuşdu. İlk olaraq valideynləri qarşılayan müəllimlər qarşıdan gələn yeni il və 31 dekabr Həmrəylik günü münasibətilə valideynləri təbrik etmiş, şam ağacının bəzədilməsinə onları dəvət etmiş, valideyn,şagird, müəllim üçlüyünün birliyini məhz orada nümayiş etdirmişlər. Bundan sonra valideynlər hər iki korpusda müxtəlif fənlər üzrə dərs dinləmələrində iştirak etmiş, xor dərnəyinin işi ilə maraqlanmışlar.
"Valideynlərlə bir gün" layihəsi 6 "C" sinfinin təşkil etdiyi tədbirlə davam etmişdir. Bu dəfə valideynləri öz maraqlı çıxışları ilə heyrətləndirən 6 "C" sinfi görkəmli sənətkar, gözəl pedaqoq İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbirlə heyran etdilər. Sonda valideynlər təşkil olunmuş gün üçün rəhbərliyə öz dərin minnətdarlığını bildirmiş, xatirə şəkli çəkilmişdir.