Suraxanı rayonunda keçirilən 3x3 basketbol idman yarışında birinciliyimiz.30 noyabr 2015-ci il tarixdə məktəbimizin basketbol komandası Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi 76 saylı tam orta məktəbin “Olimpiya Hərəkatı”proqramı çərçivəsində Suraxanı rayon üzrə birincilikdə 3x3 basketbol idman növündə birinci yeri tutduğuna görə diplomlarla təltif edilmişdir.
Şagirdlərin "Breyn rinq"intelektual yarışında qalibiyyəti.Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Suraxanı Rayon Gənclər və İdman İdarəsi 12 noyabr ”Konstitusiya günü”nə həsr olunmuş ”Breyn rinq”intelektual oyunu üzrə rayon birinciliyində I yerə layiq görüldüyü üçün 76 № li tam orta məktəbin komandasını Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov tərəfindən Diplomla təltif olundu.
Məktəbimizin riyaziyyat müəllimi A.C. Ömərovun müəllifi olduğu dərs kitabları.Bakı şəhəri Ə.Məmmədov adına 76 nömrəli məktəbin riyaziyyat müəllimi Ömərov Akif Cahangir oğlu 2000-ci və 2001-ci illərdə riyaziyyat müəllimləri arasında keçirilən müsabiqələrin qalibi olmuşdur."Qızıl Qələm" mükafatı laureatıdır.Riyaziyyatdan bir neçə dərs vəsaitinin müəllifidir.