4 e sinif şagirdi Bayramov Rafilin uğuru14 noyabr 2023-cü il tarixdə məktəbin 4 e sinif şagirdi Bayramov Rafil Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubleyi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalında 6-9 yaş qrupunda "Solo müasir rəqs"nominasiyası üzrə həvəskar kateqoriyasında II yerə layiq görülmüşdür.
6 e sinif şagirdi Nəbizadə Əlinin uğuru5 noyabr 2023-cü il tarixdə 8 Noyabr ”Zəfər Günü"nə həsr olunmuş Peşəkar turnirdə məktəbin 6 e sinif şagirdi Əli Nəbizadə Grappling idman növü üzrə uşaqlar arasında keçirilən yarışda 11-12 yaş 35 kq, çəki dərəcəsində mübarizə apararaq II yer əldə etmişdir.
3 e sinif şagirdi Leyla Kolbinanın uğuru2 noyabr 2023-cü il tarixdə məktəbin 3 e sinif şagirdi Leyla Kolbina BGM idman təşkilatı tərəfindən keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Bakı birinciliyində balacalar qadın qrupu üzrə I yerə layiq görüldüyünə görə diplomla təltif olunmuşdur.