Şagirdlərimiz “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ekskursiyada olmuşdular
Dekabrın 1- də 4 ”F” sinif şagirdləri Aynur Hacıyevanın iştirakı ilə “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda ekskursiyada olmuşdular.
Ekskursiya zamanı şagirdlərə Suraxanı rayonunun tarixi barədə məlumat verilmiş və Suraxanı kəndi yaxınlığında yerləşən, müxtəlif dövrlərdə zərdüştlər, hinduistlər və siqhlər tərəfindən ibədətgah kimi istifadə edilmiş alov məbədi barədə çox maraqlı faktlarla məlumatlandırılmışdılar. Şagirdlər ekskursiyadan böyük təəssüratlarla və yeni biliklərlə qayıtmışdılar.