Monitorinqlərin nəticələri təhlil olunur
Məktəbin illik Fəaliyyət planının 1.1.3.3 və 1.1.3.7-ci bəndlərinə uyğun olaraq buraxılış siniflərinin ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədi ilə noyabr ayında 9-cu siniflərdə sınaq test imtahanı keçirilmişdir. Buraxılış imtahanlarının birinci mərhələsinə uyğun aparılmış monitorinqlərin nəticələri noyabrın 27-də bütün buraxılış sinif şagirdlərinin və onların fənn müəllimlərinin iştirakı ilə təhlil olundu.