Metodbirləşmə iclasları keçirilir
Noyabrın 20-də məktəbin Fəaliyyət planının 1.2.9-cu bəndinə uyğun olaraq müəllimin innovativ təcrübəsinin müəyyənləşdirilməsi, həmkara dəstək, elmi-metodiki tövsiyələrin və məktəbin test bankının hazırlanması, məktəbdə, mətbuatda qabaqcıl təcrübənin bölüşdürülməsi – həmkardan öyrənmək və öyrətmək, innovativ layihələrin hazırlanması və layihələrdə iştirak, pedaqoji heyətin davamlı peşəkar inkişafının təmin edilməsi məqsədilə məktəb rəhbərliyinin və fənn metodbirləşmə sədrlərinin iştirakı ilə məktəbin ibtidai sinif müəllimlərinin metodbirləşmə iclası keçirildi.
Metodbirləşmə iclasında Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nda diqqətə çatdırılan 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulmuşdur.
Həmçinin, ayrı-ayrılıqda təşkil olunacaq metodbirləşmə iclaslarında məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təmayülləşmə, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda müzakirələr aparılması nəzərdə tutulmuşdur.