XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR

76 № li tam orta məktəbdə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər iştirak etdilər. Faciədə şəhid olmuş xocalıların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan xalqının qan yaddaşını təzələyən şeirlər söylənildi, xalqımızın mübarizə ruhunu daha da alovlandıran mahnılar ifa olundu. Tədbirə dəvət olunan Emil Lətifovun Xocalı haqqında çəkdiyi filim izlənildi.Bu filim gələn hər kəsin böyük marağına səbəb oldu. Məktəbin direktoru T.Tağıyevaya çıxış etdərək tədbirə gələn qonaqlara öz təşəkürünü bildirdi. Bugünkü filmin Rejisoru və senaristi Emil Lətifova, söz verildi. O, filimin çəklişi haqqında danışdı. Daha sonra Məktəbin direktoru T.Tağıyeva Xocalı haqqında öz səsuratlarını söylədi.1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə 20-ci əsrin ən dəhşətli və qanlı faciyəsi baş verdi.Erməni hərbi qüvvələri Azərbaycanın dilbər güşələrindən biri olan Xocalı şəhərini yerlə yeksan etdilər. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqları valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü. Həmin gecə Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin hansı birini deyəsən, hansı birini yazasan? Qələm acizdir bu vəhşilikləri təsvir etməkdə. Şəhərin 800-dən artıq sakininin həyatına son qoyuldu bir gecənin içində. 6 ailə tamam məhv edildi, 1277 nəfər əsir gotürüldü, yüzlərcə soydaşımız bu və ya digər dərəcədə bədən xəsarəti aldı. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər. Onlar Xankəndində qərar tutmuş keçmiş sovet ordusuna məxsus hərbi hisslərin, ələlxüsus da 366-cı alayın iştirakı ilə dinc insanların üstünə hücum çəkdilər və əslində soyqırım törədərək bir şəhəri yer üzündən tamam sildilər. Ermənilər törətdikləri vəhşilikləri heç nə ilə müqayisə etmək mümkün deyil. Onlar öz bədnam hərəkətləri ilə tarixdən tanıdığımız ən qəddar hökmdarların zülmkarlığını belə kölgədə qoydular. Aylar illər ötsə də,əsirlər,qərinələr keçsə də,əbədi düşmənimiz olan soysuz ermənilərin törətdiyi soyqırım aktları Xocalı,Şuşa,Laçın,Qubadlı,Fizuli,Kəlbəcər Daşaltı bütünlükdə Qarabağ yarası bizim yaddaşımızdan silinmiyəcək.Damarlarında Azərbaycanlı qanı axan hər bir insan tariximizin bu qanlı səhifələrini unutmayacaq. xalqın Mübariz kimi,Çingiz kimi,Şikar kimi,Ələddin Məmmədov kimi,Cavanşir kimi saysız hesabsız qəhraman oğulları olub.Ali Baş Komandamızın başçısı İ.Əliyevin rəhbərliyi ilə ayağa qalxacaq,mənfur düşməni məhv edəcək,onları yer üzündən siləcək.Şəhidlərimizin qisasları alınacaq,yurd-yuvasından didərgin düşən soydaşlarımız öz yurd yuvalarına qayıdacaqlar.Vətən uğrunda canını fəda edən şəhitlərin ruhları o zaman rahatlıq tapacaq.O,gün uzaqda deyil biz buna inanırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi