"Bakı Müasir İncəsənət Muzeyinə" ekskursiya təşkil olunub

İyunun 15-də məktəbin 7 ə sinif müəllimi Fidan Hüseynovanın təşkilatçılığı ilə “Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində "Bakı Müasir İncəsənət Muzeyinə" ekskursiya təşkil olunub.
Ekskursiyanın təşkilində məqsəd şagirdləri ölkəmizin qədim tarixi, milli mənəvi dəyərləri barədə daha ətraflı məlumatlandırmaq, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaqdan ibarət olub.
Muzeyin əməkdaşı Müasir İncəsənət Muzeyinin yaranması tarixi, muzeyin ekspozisiyası haqqında ətraflı məlumat verib. Şagirdlər bələdçinin köməyilə XX əsrin II yarısından bu günə qədər Azərbaycan avanqardının ən yaxşı rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış olublar.