Xocalı Soyqırımı

Xalqımızın tarixində iz qoymuş,taleyinə yazılmış , unudulmuz günlərin , ürək ağrısı ilə xatırladığımız faciələrin qeyd olunması məktəbimizdə ənənəyə çevrilib. Bu günlərdə 1992-ci ilin fevralında baş vermiş Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində qeyd edilir.Eləcə də, məktəbimizin akt zalında 26.02.2015-ci il tarixində Azərbaycan xalqının tarixinə qanla yazılmış Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş tədbir oldu.Tədbirdə məktəbimizin direktoru, dərs hissə müdirləri, pedoqoji kollektivin bütün üzvləri, yuxarı sinif şagirdləri və valideynlər iştirak edirdi.Şagirdlərimizin ifasında Xocalı şəhidlərinin, o cümlədən, torpaqlarımız uğrunda canını qurban vermiş oğul və qızlarımızın xatirəsinə həsr olunmuş şeirlər söyləndi, mahnılar oxundu.Şəhidlərimizin ruhu 1 dəqiqə sükutla yad edildi.Məktəbimizin direktoru Tehranə Tağıyeva çıxış edərək xalqımızın tarixində qanla yazılmış bu səhifənin heç zaman unudulmayacağını və ölkə başçısı Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi və səyi ilə gec-tez qisasımızın alınacağına inam hissini ifadə etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi