Ulu Öndərimiz H.Əliyevin anım mərasimi

11- dekabr 2015-ci ildə 76 № tam orta məktəbin kollektivi Ümummilli Lider Heydər Əliyevin 12-ci il dönümü ilə əlaqədar tədbir keçirildi. Anım mərasimində çıxış edən təlim -tərbiyyə işləri üzrə direktor müavinləri İsmayılov Nəriman,Zeynalov Şahin,Coğrafiya müəlliməsi Bayramova Nigar,Tarix müəlliməsi Həsənova Pəri Ümummilli Lider Heydər Əliyevin həyat və yaradıcılığı haqda danışdılar.Sonra tədbirdə giriş sözü ilə məktəbin direktoru Tağıyeva Tehranə xanıma verildi.Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq,milyonlarla insanın qəlbində əbədi yaşayır.Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndərimiz bu müqəddəs amal uğrunda ən çətin maneələrə,problemlərə mərdliklə sinə gələrək millət fədaisi kimi,daim böyük ehtiramla,rəğbətlə xatırlanır.Heydər Əliyevin səyi nəticəsində hər il yüzlərlə gənc ali təhsil almaq üçün SSRİ-nin ən nüfuzlu,ən möhtəbər universitetlərinə göndəriş alırdı.Bir sözlə təhsilin səviyyəsinə,savadsızlığın ləğv edilməsinə görə Azərbaycan nəinki bütün başqa ölkələrini,hətta bir çox Avropa dövlətlərini xeyli qabaqlamışdı. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqda təbii olaraq meydana çıxan çətinliklər həyatın bütün sahələrində olduğu kimi,təhsildə də öz mənfi təsirini göstərmişdi.Ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdı.Ölkədə həyat yenidən öz məcarasına düşdü.İctimai siyasi sabitlik bərpa olundu.Elmin mədəniyyətin,təhsilin inkişafı intensiv xarakter almağa başladı.1993- cü ilin ikinci yarısından başlayaraq Azərbaycan təhsilinin qarşısında yeni üfüqlər açıldı.Təhsil sistemi həm struktur,həm də məzmun ehtibarilə yeniləşməyə başladı.Milli ənənələrə,ümumbəşəri örnəklərə söykənən,dünya təhsil standartlarına cavab verən təhsil sistemi yaratmaq sayəsində Azərbaycan dövlət rəhbərliyi səviyyəsində xeyli işlər görüldü.1999-cu il iyun ayının 15-də ulu öndər “Azərbaycan Respubilkasının təhsil sahəsində islahat proqramının təsdiq edilməsi barədə ”sərəncam imzaladı.2000-ci il iyul ayının 13-də Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında”fərmanı milli təhsilimizin çox mühüm problemlərinin həlli younda əsaslı addım idi.Orta ümumtəhsil məktəblərində oxuyan istedadlı uşaqların aşkara çıxarılması və onlara dövlət qayğısının göstə rilməsi vətəndaşlarımızın Konstitusiyada təsbit edilmiş hüquqlarının tərkib hissəsidir.Ulu öndərin şəxsiyyətinə bəslədikləri hörmət və məhəbbət bu gün də bizlərin ürəyimizdə yaşayır.Dahi rəhbərin məktəblilərlə görüşləri heç kəsin xatirindən silinməyəcəkdir.Bugünkü xoşbəxt həyatı bizə bəxş edən dövlət xadimini dərin hörmət və ehtiramla yad edirik.Daha sonra məktəbin kollektivi Ulu öndər Heydər Əliyevin məzarını gül dəstələri ilə ziyarət etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi