İbtidai siniflər aylığı keçirilir

Məktəbin illik fəaliyyət planının 1.1.1.8-ci bəndinə uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə fənn aylıqları keçirilməkdə davam edir. Noyabr ayı məktəbdə ibtidai siniflər aylığı elan olunmuşdu. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, tarixi tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdu. 4 noyabr tarixində məktəbin 4 a sinfində M.C.Paşayevin yazdığı "Bir gəncin monifesti ”əsərindən olan “İtə ataram yada satmaram”başlığı altında dərs keçirildi .Burada şagirdlər Sonanın necə mərd qadın olduğunu bildilər. Bu dərslə əlaqədar olaraq şagirdlər Azərbaycan Tarix Muzeyində ekskursiyada oldular. Ekskursiyada məqsəd şagirdlərin dünyagörüşünü artırmaq, onlara Azərbaycanın tarixini daha yaxşı mənimsətməkdən ibarət idi. Muzeyə baxış bələdçinin tarix muzeyi haqqında məlumatları ilə başladı. Şagirdlərimiz burada qədim əmək alətləri, milli geyimlərimiz və digər eksponatlarla tanış oldular və xoş təəssüratlarla qayıtdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi