Qobustan Dövlət Qoruğuna ekskursiya təşkil olunub

İyunun 6-da məktəbin ibtidai sinif müəllimi Ülviyyə Əliyevanın təşkilatçılığı ilə 3 a sinif şagirdləri “Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində Qobustan Dövlət Qoruğuna ekskursiya təşkil olunub.

Ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tariximiz haqqında dolğun məlumatlar çatdırmaqdan ibarətdir.

Qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri sərgilənir. Açıq səma altında yerləşən qoruqda qədim insanların çəkdikləri qayaüstü rəsmlər, onların həyat və məişəti ilə bağlı digər maddi mənbələr qorunur.Qobustan muzeyinə ekskursiya şagirdlərin böyük maragına səbəb olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi