Nağıllar aləminə səyahət mövzusunda tədbir keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq iyunun 5-də məktəbin ibtidai sinif müəllimi Aynur Hacıyevanın təşkilatçılığı ilə 1 f sinif şagirdlərinin iştirakı ilə “Nağıllar aləminə səyahət” mövzusunda tədbir keçirilib.

Şagirdlər sevimli nağıl qəhrəmanlarının obrazlarında çıxış edərək həm bacarıqlarını nümayiş etdirib, həm də nağılların sehrli dünyasını yaşayıblar.

Tədbirin əsas məqsədi uşaqlarda oxumağa maraq yaratmaq və bilik qazanmağın hər zaman üstün olduğunu göstərmək idi. Musiqi, səhnəciklər və yaradıcılıq dolu anlar tədbirə xüsusi rəng qatdı.

Valideynlər və müəllimlər şagirdlərin çıxışlarını böyük maraq və sevinc hissi ilə izlədilər. Bu tədbir uşaqların nitq, yaradıcılıq və ictimai çıxış bacarıqlarının inkişafına da töhfə verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi