“Dünya uşaqların gözü ilə gözəldir” mövzusunda tədbir keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq iyunun 5-də Qəndab Quliyeva və Nəcibə Cabbarovanın təşkilatçılığı ilə 7 a, 7 b, 7 c sinif şagirdlərinin iştirakı ilə “Dünya uşaqların gözü ilə gözəldir” mövzusunda tədbir keçirilib.
Dünya uşaqların gözü ilə gözəldir. Bu gözəlliyi qorumaq, uşaqları gözəlliyin bir parçasına çevirmək böyüklərin vəzifəsidir. Uşaq hüquqları və bu hüquqlardan irəli gələn vəzifələri bilmək, onlara əməl etmək, hər bir uşağın qayğısını çəkmək biz böyüklərin əsas vəzifəsi olmalıdır. Bir -birindən maraqlı şeirlər, mahnılar səslənilib, rəqslər, səhnəciklər nümayiş olunub.