“Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində açıq havada təqdimat keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq mayın 30-da ibtidai sinif müəllimlərinin təşkilatçılığı ilə məktəbin həyətyanı sahəsində “Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində açıq havada təqdimat keçirilib.
Məqsəd şagirdlərdə təbiətə sevgi, ətraf mühitə qayğı təbiətdə baş verən mövsüm dəyişiklikləri haqqında fikir mübadiləsi aparıb, həmçinin soyuq havalarda quşların qorunması məqsədilə məktəbin həyətyanı sahəsində ağaclara quş yuvaları asıblar.
Aksiya həm maarifləndirici, həm də praktik xarakter daşımaqla məktəb-mühit münasibətlərinin möhkəmləndirilməsinə töhfə vermişdir.