“Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq mayın 30-da 5 c sinif müəllimi Nazlı Cəfərova, 5 ç Məryəm Süleymanova 6 d Şirmayıxanım Səfərovanın təşkilatçılığı ilə məktəbin həyətyanı sahəsində “Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Məqsəd şagirdlərdə təbiətə sevgi, ətraf mühitə qayğı və ekoloji şüurun formalaşdırılması olunmuşdu. Şagirdlər əllərində fidanlarla fəal iştirak etmiş, təbiətin qorunmasının hər kəsin vətəndaşlıq borcu olduğu vurğulanıb.
Aksiya həm maarifləndirici, həm də praktik xarakter daşımaqla məktəb-mühit münasibətlərinin möhkəmləndirilməsinə töhfə vermişdir.