"Son zəng" tədbiri ilə bağlı pedaqoji şura iclası keçirilib

Məktəbin direktoru Şəfəq İbişova çıxış edərək Agentlik tərəfindən göndərilən 08.05.2025-ci il tarixli, 007/QC-01-100 nömrəli məktubun məzmununu pedaqoji şura iştirakçılarının nəzərinə çatdırıb, tədbirin qayda-qanun çərçivəsində, sadə, lakin səmimi şəkildə keçirilməsi vacibdir Qeyd olunub ki, Son zəng tədbiri 08:00-10:00 aralığında məktəbin müəyyən etdiyi saatda başlaya bilər. Tədbir 2 saat müddətində yekunlaşmalıdır. Şagirdlər daha öncədən məktəbli formasından fərqli geyim forması hazırlayıblarsa, istifadə edə bilərlər.(Yalnız bu tədris ili üçün icazə verilir) Əcnəbi musiqilər tədbirdə istifadə olunan musiqilərin 1/3 hissəsini təşkil edə bilər.

Tədbirdə istifadə olunacaq musiqilərin sözlərinə xüsusi diqqət olunmalıdır. Tədbirdə fişəng , şar və s. təmtəraqlı görüntülərə icazə verilmir.

Sonda “Son zəng” tədbirinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin göndərdiyi təlimata uyğun şəkildə təşkili həyata keçirilməsi qərara alınıb.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi