“Konstitusiya və Suverenlik İli” çərçivəsində Bilik yarışı keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq mayın 29-da Təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Fərmanlının təşkilatçılığı ilə 3 a, 3 c, 3 ç, 3 d,3 e, və 3 ə sinif şagirdləri ilə birlikdə valideyinlərin arasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bilik yarışı keçirilib.

İntellektual bilik yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.

Yarışın əvvəlində Dövlət Himninin səsləndirilməsindən sonra yarışın şərtləri komandalara izah edilib.

Yarışda 3 a, 3 c, 3 ç, 3 d,3 e, və 3 ə komandaları iştirak edib. Yarış dörd turda keçirilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda 3 e sinifini təmsil edən komanda qalib olub.

Qalib komanda hədiyyələrlə mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi