“Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində “Yaşıl dərs” keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq mayın 29-da m əktəbin biologiya müəllimi Zöhrə Dəmirovanın təşkilatçılığı ilə 8 b sinif şagirdləri arasında “Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində “Yaşıl dərs” keçirilib.

Dərsin əsas məqsədi şagirdlərə Azərbaycanın zəngin təbii sərvətləri və biomüxtəlifliyi haqqında məlumat vermək, onları ətraf mühitin qorunmasına təşviq etmək idi. Dərs zamanı şagirdlər virtual olaraq müxtəlif təbiət qoruqlarına səyahət etdilər, ölkəmizin təbii məkanları ilə yaxından tanış oldular. Bu səyahət şagirdlərin elmi biliklərini artıqmaqla yanaşı, onların təbiətə qarşı məsuliyyətli yanaşmalarına müsbət təsir göstərdi. Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi