“Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində Bakı Zooloji Parkında ekskursiya keçirilib

Mayın 27-də məktəbin rus dili müəllimi Aysel Əbilovanın təşkilatçılığı ilə 7 a sinif şagirdlərinin iştirakı ilə “Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində Bakı Zooloji Parkında ekskursiya keçirilib.
Ekskursiyanın təşkilində əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tariximiz haqqında dolğun məlumatlar çatdırmaqdan ibarətdir.
“Bakı Zooloji Parkı”nda ekskursiya zamanı şagirdlərə heyvanlar haqqında maraqlı məlumatlar verilmiş və hər bir heyvanın insan həyatında, təbiətdə rolundan söhbət açılmışdır.
Ekskursiyanın məqsədi şagirdləri vəhşi heyvanların müxtəlif növü ilə əyani tanış etmək və onlara heyvanat aləmi haqqında əhatəli məlumat vermək olmuşdur.