“Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq mayın 27-də Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Zülfüqar Zülfüqarovun təşkilatçılığı ilə V, VI sinif şagirdlərin iştirakı ilə məktəbin həyətyanı sahəsində “Suveren dövlətin ekoloji dəyərləri” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Məqsəd şagirdlərdə təbiətə sevgi, ətraf mühitə qayğı və ekoloji şüurun formalaşdırılması olunub. Şagirdlər əllərində fidanlarla fəal iştirak etmiş, təbiətin qorunmasının hər kəsin vətəndaşlıq borcu olduğu vurğulanıb.
Aksiya həm maarifləndirici, həm də praktik xarakter daşımaqla məktəb-mühit münasibətlərinin möhkəmləndirilməsinə töhfə vermişdir.