Texnologiya, musiqi və təsviri incəsənət aylığı çərçivəsində mahnı müsabiqəsi keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq texnologiya, musiqi və təsviri incəsənət aylığı elan olunmuşdur. Aylıq çərçivəsində müvafiq tədbirlər planı hazırlanmış və məktəb rəhbərliyi tərəfindən icra üçün əmrləşdirilmişdir.
Aylığın tədbirlər planına uyğun olaraq mayın 27-də musiqi müəllimi Mərcan Zeynalovanın təşkilatçılığı ilə “Səs 76” adlı mahnı müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin çıxışları səs və nitq texnikası, emosional təqdimat, mətnin düzgün anlaşılması, istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsidir. Münsiflər heyətinin rəyi əsasında fərqlənən şagirdlər diplomla təltif olunublar.