"Bilik yarışı" keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq texnologiya və təsviri incəsənət aylığı çərçivəsində mayın 26-da Zenfira Babayevanın təşkilatçılığı ilə 5 d, 5 ə və 5 e sinif şagirdləri arasında "Bilik yarışı" keçirilib.
İntellektual bilik yarışının keçirilməsində məqsəd tədrisin keyfiyyətinin, şagirdlərin müvafiq fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması, şagirdlərin elmə, maarifləndirici yarışlara marağının artırılması və yeni biliklər qazandırmaqdır.
Yarışın əvvəlində Dövlət Himninin səsləndirilməsindən sonra yarışın şərtləri komandalara izah edilib.
Yarışda 5 d "Краски", 5 ə "Фломастеры", 5 е “Карандаши” komanda iştirak edib. Yarış üç turda keçirilib. Təsviri incəsənət fənni üzrə suallar təqdim edilib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda "Карандаши" təmsil edən komanda qalib olub.
Qalib komanda hədiyyələrlə mükafatlandırılıb.