"Müstəqilliyimiz əbədi və dönməzdir!" mövzusunda tədbir keçirilib

Məktəbin İllik Fəaliyyət Planına əsasən mayın 26-da məktəbin tarix müəllimi Gülər Osmanovanın təşkilatçılığı ilə "Müstəqilliyimiz əbədi və dönməzdir!" mövzusunda tədbir keçirilib.
Məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək, müstəqillik illərində respublikamızın keçdiyi zəngin inkişaf yolunda qazandığı parlaq nailiyyətləri təbliğ etməkdən ibarətdir.
Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak edib.
Azərbaycan Respublikasının Dövlət himni ilə başlanan tədbirdə çıxış edən məktəb rəhbəri Təlim-tərbiyə işləri üzrə direktor müavini Bahar Həsənova Azərbaycan Respublikasının inkişaf etdiyini, müstəqillik qazandığımız illərdə istər iqtisadi, istərsə də sosial sahədə irəlilədiyini vurğulayıb. Daha sonra şagirdlərin çıxışları dinlənilib, vətənpərvərlik mövzusunda şeirlər söylənilib, çıxışlar edilib.