Texnologiya, musiqi və təsviri incəsənət aylığı keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq texnologiya, musiqi və təsviri incəsənət aylığı elan olunmuşdur. Aylıq çərçivəsində müvafiq tədbirlər planı hazırlanmış və məktəb rəhbərliyi tərəfindən icra üçün əmrləşdirilmişdir.

Aylığın tədbirlər planına uyğun olaraq mayın 23-də texnologiya müəllimi Zenfira Babayevanın təşkilatçılığı ilə məktəbin foyesində məktəb rəhbərliyi və şagirdlərin iştirakı ilə Türk incəsənətinin ən qədim Ebru sənəti, qatlaşdırılmış su üzərində boyalarla rəsm çəkmək olub.

Bu sənətdə boyalar xüsusi üsullarla suya sürülür, sonra da bu boyalar kağıza köçürülərək unikal naxışlar yaradılır. Xüsusi zövqlə hazırladıqları əl işləri sərgi iştirakçılarına və qonaqlara təqdim edilib. Məktəbin direktoru və digər qonaqlar şagirdlərin əl işləri ilə yaxından tanış olublar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi