Texnologiya, musiqi və təsviri incəsənət aylığı keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq texnologiya, musiqi və təsviri incəsənət aylığı elan olunmuşdur. Aylıq çərçivəsində müvafiq tədbirlər planı hazırlanmış və məktəb rəhbərliyi tərəfindən icra üçün əmrləşdirilmişdir.
Aylığın tədbirlər planına uyğun olaraq mayın 22-də texnologiya müəllimi Bahar İsmayılovanın təşkilatçılığı ilə 8 d sinif şagirdlərinin iştirakı ilə məktəbin foyesində texnologiya fənni üzrə Applikasiya-müxtəlif materiallardan dekor hazırlanma qaydası xüsusi zövqlə təşkil olunub.
Xüsusi zövqlə hazırladıqları əl işləri sərgi iştirakçılarına və qonaqlara təqdim edilib. Məktəbin rəhbərliyi və digər qonaqlar şagirdlərin əl işləri ilə yaxından tanış olublar.
Hazırlanmış əl işləri öz rəngarəngliyi və fərqliliyi ilə sərgini izləyən hər kəsin marağına səbəb olub.