Texnologiya, musiqi və təsviri incəsənət aylığı keçirilib

Məktəbin fəaliyyət planına uyğun olaraq texnologiya, musiqi və təsviri incəsənət aylığı elan olunmuşdur. Aylıq çərçivəsində müvafiq tədbirlər planı hazırlanmış və məktəb rəhbərliyi tərəfindən icra üçün əmrləşdirilmişdir.

Aylığın tədbirlər planına uyğun olaraq mayın 16-da texnologiya müəllimi Sədaqət Nəcərovanın təşkilatçılığı ilə V, VI, VII sinif şagirdlərinin iştirakı ilə məktəbin foyesində texnologiya fənni üzrə meyvələrdən, və tərəvəzlərdən xüsusi zövqlə hazırlanmış sərgi təşkil olunub.

Xüsusi zövqlə hazırladıqları əl işləri sərgi iştirakçılarına və qonaqlara təqdim edilib. Məktəbin direktoru və digər qonaqlar şagirdlərin əl işləri ilə yaxından tanış olublar.

Meyvələrdən hazırlanmış xüsusi əl işləri öz rəngarəngliyi və fərqliliyi ilə sərgini izləyən hər kəsin marağına səbəb olub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi