VI siniflərdə monitorinq keçirilib
Mayın 8-də məktəbin Fəaliyyət planına uyğun olaraq VI siniflərdə tədris dili, riyaziyyat, təbiət fənnləri üzrə monitorinq keçirilib.
Məqsəd VI sinif şagirdlərinin tədris dili, riyaziyyat və təbiət fənləri üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi, onların mövzular üzrə mənimsəmə səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin artırılması üçün zəruri addımların planlaşdırılmasıdır.
Qeyd edək ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi, şagirdlərin bu proqramlar üzrə materialları mənimsəməsi, onlarda müvafiq bacarıq və vərdişlərin formalaşdırılması məqsədi daşıyır. Monitorinq yoxlamalarının nəticələri şagirdlərin tədris standartlarını necə və hansı səviyyədə mənimsədiyini, onların hansı mövzulardan və suallardan çətinlik çəkdiyini müəyyənləşdirməyə imkan verir.