"Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda tədbir keçirilib
Ümummilli Lider Heydər Əliyevinin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Tədbirlər Planına müvafiq olaraq mayın 8-də tarix müəllimi Şirmayıxanım Səfərovanın təşkilatçılığı və 6 d sinif şagirdlərinin iştirakı ilə "Mən fəxr edirəm ki, Azərbaycanlıyam” mövzusunda tədbir keçirilib.
Tədbiri məktəbin direktoru Şəfəq İbişova çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən, dövlətçilik tariximizdəki misilsiz xidmətlərindən bəhs etdi. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbirdə məktəbin şagirdləri Heydər Əliyevin şərəfli ömür yoluna, vətənə sədaqətinə həsr olunmuş şeirlər səsləndirdilər. Şagirdlərin ifasında səslənən bədii kompozisiyalar tədbir iştirakçılarında dərin təəssürat yaratdı.
Tədbirin sonunda Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirildi. Videoçarxda Ümummilli Liderin uşaqlıq illəri, siyasi fəaliyyəti, Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlər və zəngin irsi əks etdirildi.