“İlk yardım” mövzusunda maarifləndirici təlim keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisləri tərəfindən 76 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri üçün “İlk yardım” mövzusunda maarifləndirici təlim keçirilib.
Keçirilən təlimlərin əsas məqsədi iştrakçıların ilk tibbi yardımın göstərilməsi istiqamətində nəzəri və praktiki biliklərini artırmaq, fövqəladə hallar zamanı şagirdlərə və məktəb heyətinə ilk yardımın göstərilməsinin daha səmərəli və faydalı olmasını təmin etməkdir.
Yekunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.