Metodiki şuranın növbəti iclası keçirilib

Mayın 1-də Fəaliyyət planına uyğun olaraq məktəbin direktoru Şəfəq İbişova və təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin təşkilatçılığı ilə metodiki şuranın növbəti iclası keçirilib.
Məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək, istedadlı şagirdlərin üzə çıxarılması yollarını müzakirə etməkdir.
İclasda şagirdləri arasında aparılmış monitorinqin nəticələri, müəllimlərin peşə keyfiyyətlərinin, onların yaradıcı potensialının aşkar edilməsi, metodiki işlərin dəqiq planlaşdırılması məsələləri müzakirə olunub,metodbirləşmə sədrlərinə müvafiq təlimatlar verilib.