"Mənəvi dəyərlərə söykənən münasibətlər" mövzusunda maarifləndirici seminar keçirilib

Fəaliyyət planına uyğun olaraq aprelin 30-da məktəbin Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Zülfüqar Zülfüqarov və psixoloq Yeganə Cabbarovanın təşkilatçılığı ilə 7, 8-ci sinif şagirdləri arasında "Mənəvi dəyərlərə söykənən münasibətlər" mövzusunda maarifləndirici seminar keçirilib.
Görüşün əsas məqsədi düzgün davranış və ünsiyyət mədəniyyəti formalaşdırmaq üçün münasibətlərdə etibar, hörmət, empatiya və əməkdaşlıq kimi fundamental dəyərlərin vacibliyini bir daha şagirdlərin nəzərinə çatdırmaqdır.